Dünya Bankı Kaxovka SES-ə dəyən ziyanı qiymətləndirəcək

8-06-2023, 11:14           
Dünya Bankı Kaxovka SES-ə dəyən ziyanı qiymətləndirəcək
Ukraynanın Baş naziri Denis Şmıqal ilə Dünya Bankının vitse-prezidenti Anna Byerde arasında telefon danışığı olub. “Report” xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, Dünya Bankı Rusiyanın terror aktı nəticəsində Kaxovka su elektrik stansiyasına (SES) dəyən ziyanın və ehtiyacların tezliklə qiymətləndirilməsini həyata keçirəcək.

“Biz Anna Byerde ilə Kaxovka su elektrik stansiyasının bəndinin dağıdılmasının nəticələri barədə danışdıq. Mən Dünya Bankına Ukraynanın daimi dəstəyinə görə minnətdaram”, - Şmıqal yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru