ABŞ-dan ittiham: - Ermənistan Rusiyaya kömək edir
8-06-2023, 17:46

ABŞ-dan ittiham:
Rusiya sanksiyalara baxmayaraq, əsas elektron komponentlərin idxal həcmini bərpa edə bilib.
TEREF.AZ Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə "Politiko" nəşri ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Cim O'Brayenə istinadən bildirib.
Dövlət Departamentinin rəsmisi deyib ki, Rusiyada vacib mikroçiplərin və elektronikanın idxalı Ukrayna ilə müharibədən əvvəlki səviyyəyə qayıdıb.
O'Brayenin fikrincə, problem ondan ibarətdir ki, Avropa şirkətləri həmin məhsulları başqa ölkələrə satır, onlar da öz növbəsində onu Rusiyaya satırlar.
"Bu ilin əvvəlinə qədər Rusiya müəyyən kateqoriyalı elektronika məhsulalrını müharibədən əvvəlki səviyyədə idxal edə bilib", - deyə O'Brayen çip, prosessor və inteqral sxemlərə nəzərdə tutaraq vurğulayıb.
O qeyd edib ki, bu komponentlər müasir silahların istehsalında çox vacibdir. Onun sözlərinə görə, ABŞ Rusiyaya sanksiyalardan yayınmağa kömək edən beş ölkəni müəyyən edib. Bunlar Ermənistan, Qazaxıstan, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədir.