Böyük Britaniya kriptovalyuta siyasətini sərtləşdirir

9-06-2023, 08:04           
Böyük Britaniya kriptovalyuta siyasətini sərtləşdirir
2023-cü ilin oktyabrından etibarən Böyük Britaniya kriptovalyuta məhsulları üzrə ticarət qaydalarını sərtləşdirəcək.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Davranışı Təşkilatı (FCA) açıqlama verib.

Açıqlamaya görə, yeni qaydalar bütün kripto məhsullarına şamil ediləcək. Yalnız dəyişməyən tokenlər (NFT) yeni tənzimləmədən azad ediləcək.

Qeyd edək ki, bir neçə gün öncə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) kriptovalyuta "Binance" və "Coinbase"ə qarşı müxtəlif tədbirlər görüb. Həmçinin Avropa İttifaqı (Aİ) kripto sektoru üçün tənzimləmə paketini təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru