Ukrayna çoxdan gözlənilən əks-hücum əməliyyatına başladı

9-06-2023, 07:46           
Ukrayna çoxdan gözlənilən əks-hücum əməliyyatına başladı
Ukrayna cümə axşamı Rusiyaya qarşı çoxdan gözlənilən əks-hücum əməliyyatına başlayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbələr “ABC News” müsahibələrində bildiriblər.

ABC News yazır ki, iki Ukrayna rəsmisi, o cümlədən prezident Volodimir Zelenskiyə yaxın mənbə, Ukrayna əks-hücumunun aktiv mərhələsinin hazırda davam etdiyini təsdiqləyib.
Qərb rəsmiləri ötən həftə bildirmişdilər ki, yaxşı təlim keçmiş Ukrayna qoşunları son günlər cəbhə xəttinə yaxın strateji nöqtələrdə cəmləşib.
Adının açıqlanmasını istəməyən Ukrayna Silahlı Qüvvələrinin dörd rəsmisinin sözlərinə görə, Ukrayna qüvvələri ölkənin cənub-şərqində cəbhə xəttində hücumları gücləndirib.
Ukrayna qüvvələrinin tərkibinə Qərb silahları ilə silahlanmış və NATO taktikası üzrə təlim keçmiş xüsusi hücum bölmələri daxildir. Ölkənin cənub-şərqində baş verən hücumlar Rusiyanın işğal etdiyi ərazilərin dərinliklərində əhəmiyyətli irəliləyiş deməkdir.
Rusiyanın “hərbi müxbirləri” Zaporojye vilayətində şiddətli döyüşlərin getdiyini iddia edirlər. Ukraynalı müdafiəçilər materik Rusiya ilə işğal olunmuş Krım yarımadası arasında qurulmuş quru körpüsünü qırmaq, Rusiyanın kritik təchizat xətlərini kəsmək niyyətində ola bilər.
Qərb mediası bildirir ki, ukraynalı döyüşçülər Melitopolu və Zaporojye atom elektrik stansiyasının yerləşdiyi Enerqodarı da azad etməyə cəhd edə bilərlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru