ABŞ diplomatiya və sanksiyalarla İranın qarşısını alacağına söz verib

8-06-2023, 09:14           
ABŞ diplomatiya və sanksiyalarla İranın qarşısını alacağına söz verib
ABŞ hökuməti İranın “təhlükəli addımlarına” diplomatiya və məhdudlaşdırıcı tədbirlərlə qarşılıq verməyi hazırkı vəziyyətdə ən yaxşı variant hesab edir.

“Report” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken bildirib.

O həmçinin Vaşinqtonun Ər-Riyadın Tehranla qarşılıqlı əlaqəni normallaşdırmaq üzrə addımlarını təqdir etdiyini də söyləyib.

“Birləşmiş Ştatlar iqtisadi təzyiq tədbirləri, çəkindirmə və müdafiə sahəsində güclü əməkdaşlıq ilə tamamlanan diplomatiyanın bu təhlükəli hərəkətlərin qarşısını almaq üçün ən yaxşı yol olduğunu düşünməyə davam edir. Biz Səudiyyə Ərəbistanının gərginliyi azaltmaq səylərini dəstəkləyirik”, - TASS agentliyi Blinkendən sitat gətirib.

Qeyd edək ki, müvafiq bəyanatı ABŞ Dövlət Departamentinin rəhbəri səudiyyəli həmkarı şahzadə Feysəl bin Fərhan Əl Səud ilə danışıqlardan sonra verib. Blinkenin qeyd edib ki, ABŞ Səudiyyə Ərəbistanının İranla münasibətləri sabitləşdirmək cəhdlərinə müsbət yanaşır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru