Rumıniya 50-dən çox rusiyalı diplomatı ölkədən qovur

9-06-2023, 11:38           
Rumıniya 50-dən çox rusiyalı diplomatı ölkədən qovur
Rumıniya hakimiyyəti 30 gün ərzində Rusiya səfirliyinin əməkdaşlarının 50 nəfərdən çox ixtisar edilməsini tələb edib.

Bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“Xarici İşlər Nazirliyi bildirir ki, nazir Boqdan Aureskunun xahişi ilə Rusiyanın Buxarestdəki səfiri 8 iyun 2023-cü ildə Rumıniya hökumətinin diplomatik və texniki-inzibati heyətin ixtisarına dair qərarı barədə məlumatlandırılıb. Qərara əsasən, Rusiyanın Rumıniyadakı nümayəndəliyinin ştat sayı Rusiyadakı Rumıniya nümayəndəliyinin diplomatik və texniki-inzibati heyətinin sayı ilə uyğunlaşdırılacaq”, - deyə XİN-dən yayılan məlumatda qeyd edilib.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru