Tayvan çox sayda Çin təyyarəsinin hava məkanını pozduğunu dedi: Yerüstü raket sistemləri göndərildi

9-06-2023, 08:45           
Tayvan çox sayda Çin təyyarəsinin hava məkanını pozduğunu dedi: Yerüstü raket sistemləri göndərildi
“J-11” və “J-16” tipli döyüş təyyarələri də daxil olmaqla Çin Hərbi Hava Qüvvələrinə məxsus 37 təyyarə Tayvan hava məkanını pozub.

Bu barədə Tayvan Müdafiə Nazirliyi açıqlama verib.

Nazirlikdən bildirilib ki, “J-11”, “J-16”, “H-6”, “YU-20” və AWACS da daxil olmaqla Çin Hərbi Hava Qüvvələrinə aid 37 təyyarə səhər saatlarından etibarən ard-arda Tayvanın cənub-qərb hava məkanına daxil olub.

Bir neçə təyyarə uzunmənzilli hava kəşfiyyatı təlimi üçün Tayvanın cənub-şərq hava məkanından Qərbi Sakit okeanına giriş edib.

Tayvan Silahlı Qüvvələri ISR sistemi ilə vəziyyəti yaxından nəzarətdə saxladıqlarını bildirib. Eyni zamanda cavab olaraq əraziyə CAP (“Combat Air Patrol” - Silahlı Hava Patrulu) təyyarələri, gəmilər və yerüstü raket sistemləri göndərildiyini qeyd edib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru