Rusiyanın Su-34 ABŞ-ın F-18-lərindən qaçdılar

21-06-2016, 22:04           
Rusiyanın Su-34 ABŞ-ın F-18-lərindən qaçdılar
Rusiyanın ötən həftə İordaniya sərhədində yerləşən Tanfa bölgəsində ABŞ-ın dəstəklədiyi Suriya müxalifətini vurmasının bəzi detalları üzə çıxıb.
Axar.az “Los Anceles Tayms” qəzetinə istinadən xəbər verir ki, sözügedən hadisə zamanı Rusiya və ABŞ qırıcılarının “it boğuşması” etdikləri bəlli olub.
Qəzetin yazdığına görə, Rusiyanın bombardmanından sonra ABŞ-ın F-18 qırıcıları havaya qalxıb. F-18-lər Rusiyanın Su-34 bombardmançılarına yaxınlaşdığı zaman ABŞ Mərkəzi Komandanlığı təcili xətt vasitəsilə Rusiya ordusunun rəsmiləri ilə əlaqə yaradıb. ABŞ-ın qırıcılarını görən rus pilotlar bölgədən uzaqlaşıb. Bir müddət sonra ABŞ qırıcılarının yanacağı tükənib və onlar da bölgəni tərk edib. Bunu görən Rusiya pilotları ikinci dəfə əraziyə qayıdaraq, müxalifləri bombalayıb.
Qeyd edək ki, iyunun 16-da Rusiya İordaniya sərhədindəki Tanfa bölgəsində Suriya müxalifətini vurub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.