İran İraqdakı dondurulmuş 2,7 milyard dollarlıq aktivlərə çıxış əldə edib

11-06-2023, 08:04           
İran İraqdakı dondurulmuş 2,7 milyard dollarlıq aktivlərə çıxış əldə edib
İran hakimiyyəti İraq banklarında əvvəllər bloklanmış təxminən 2,7 milyard dollarlıq aktivlərə çıxış əldə edib.

“Report” “Tasnim” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İran-İraq birgə Ticarət Palatasının rəhbəri Yəhya əl-İshaq bildirib.

Onun sözlərinə görə, dondurulmuş İran aktivlərinin bir hissəsi İraqdakı iranlı zəvvarların ehtiyac duyduğu vəsaitləri təmin etmək üçün ayrılıb, digər hissəsi isə əsas ərzaq xərclərini ödəmək üçün istifadə edilib.

Palatanın rəhbəri qeyd edib ki, İraq hökumətinin İranın ödənilməmiş töhfələrinin bir hissəsini ödəmək üçün verdiyi lisenziya bazarlara mütləq müsbət təsir göstərəcək, çünki İran Mərkəzi Bankının tələbləri təmin edilib və aktivlərdən istifadə etməklə ölkədə ehtiyac duyulan əsas mallar alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru