Fransada dəmir yolunun tikintisi polislə qarşıdurmalara səbəb olub

18-06-2023, 13:54           
Fransada dəmir yolunun tikintisi polislə qarşıdurmalara səbəb olub
Fransada Lion-Turin sürətli dəmir yolunun tikintisinə qarşı etiraz edən şəxslərlə polis arasında toqquşmalar baş verib.

Toqquşmaların mərkəzi Fransanın cənub şərqində yerləşən Sen-Jan-de-Moren komunnası olub.

Etirazlara Fransa parlamentinin bir neçə deputatı da qoşulub.

Nümayişçilər iddia edirlər ki, yeni dəmir yolunun tikintisi ətraf mühitə, xüsusən yerli su ehtiyatlarına zərərli təsir göstərə bilər.
Polislə etirazçılar arasında baş verən toqquşmalardan sonra bir neçə nəfər saxlanılıb. Lakin saxlanılanların dəqiq sayı barədə məlumat verilmir.

Mənbə: France 3












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru