Ukraynanın bərpası üçün 60 milyard avro ayrılacaq

23-06-2023, 12:35           
Ukraynanın bərpası üçün 60 milyard avro ayrılacaq
Londonda başa çatan Ukraynanın bərpasına dair beynəlxalq konfransın iştirakçıları yaxın illərdə Kiyevə 60 milyard avro ayırmağa söz veriblər.

Bu barədə tədbirin yekun plenar iclasında Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli məlumat verib.

“Biz bunun donor konfransı olacağını gözləmirdik, lakin bu gün bu tədbirdə elan olundu ki, Ukraynaya dəstək olmaq üçün ümumilikdə 60 milyard avro ayrılacaq. Xüsusilə, Aİ-nin açıqlamasını qeyd etmək istəyirəm. Aİ büdcəsindən növbəti üç il ərzində Ukraynaya dəstək üçün əlavə 50 milyard avro ayrılması, eləcə də eyni müddət ərzində Dünya Bankının zəmanətləri şəklində 3 milyard dollar ayrılması Ukraynaya makroiqtisadi sabitliyi qoruyub saxlamağa imkan verəcək”, - Kleverli bildirib.

O, əlavə edib ki, biznes də Ukraynaya kömək etməyə hazırdır. XİN rəhbərinin sözlərinə görə, artıq dünyanın 42 ölkəsindən 500-dən çox şirkət, o cümlədən “Google”, “Siemens”, “Uber” və başqaları Ukraynanı dəstəkləmək öhdəliyi götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru