Ukraynanın büdcə kəsirlərini Avropa İttifaqı bağlayacaq

23-06-2023, 09:28           
Ukraynanın büdcə kəsirlərini Avropa İttifaqı bağlayacaq
Avropa İttifaqı Ukraynaya növbəti maliyyə yardımı ayırıb.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib.

“Biz Ukraynaya makromaliyyə yardımı şəklində 1,5 milyard avro həcmində vəsait köçürdük”, - Avropa Komissiyasının rəhbəri qeyd edib.

Ursula fon der Lyayen əlavə edib ki, Avropa İttifaqı Ukraynanın bərpası üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadəyə dair qanunun hazırlanması üzərində də işə başlayıb.


O həmçinin əlavə edib ki, Aİ büdcə kəsirini kompensasiya etmək üçün Ukraynaya 50 milyard dollar ayırmağı planlaşdırır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru