Türkiyənin NATO-ya üzv olmaq üçün tələb etdiyi şərtləri yerinə yetirdiyini iddia etməsinə baxmayaraq terror təşkilatlarının fəaliyyətinə göz yummağa davam etməkdə təqsirləndirilən İsveçdə yeni bir hadisə yaşanıb.
Editor.az xarici mediaya istinadən bildirir ki, ilk dəfə olaraq terrorla bağlı sərtləşdirilmiş qanun NATO-ya üzv olmaq istəyən ölkədə PKK tərəfdarı olmaqda ittiham olunan şəxsə qarşı tətbiq edilib.
Şübhəli şəxsin birbaşa olaraq PKK-nın maliyyələşdirilməsində iştirak edən şəxslərlə əlaqə saxlayıb və təşkilatın adından çıxış etdiyi bildirilib. İsveç parlamentinin mayın 3-də təsdiq etdiyi konstitusiya dəyişikliyi çərçivəsində iyunun 1-dən terrorizmlə mübarizə üzrə yeni cinayət məcəlləsi qüvvəyə minib. Bu qanun İsveçin NATO üzvlüyünü ratifikasiya etmək üçün Türkiyənin əsas tələblərindən biri idi. Qanuna görə, terror fəaliyyətində iştirak edən və terror təşkilatları ilə əməkdaşlıq edən şəxslər 4 ilə qədər həbs cəzası alırlar.