Donald Tramp özünü üçüncü dünya müharibəsinin qarşısını ala biləcək yeganə şəxs adlandırıb

8-07-2023, 11:58           
Donald Tramp özünü üçüncü dünya müharibəsinin qarşısını ala biləcək yeganə şəxs adlandırıb
Donald Tramp özünü üçüncü dünya müharibəsinin qarşısını ala biləcək yeganə şəxs adlandırıb

ABŞ-ın keçmiş prezidenti Donald Tramp özünü üçüncü dünya müharibəsinin qarşısını ala biləcək yeganə şəxs adlandırıb.

Trend xəbər verir ki, cümə günü Ayova ştatında tərəfdarları qarşısında keçirilən mitinqdə Tramp deyib: “Bu vədi verə biləcək yeganə namizəd mənəm. Mən üçüncü dünya müharibəsinin qarşısını alacağam. Biz artıq üçüncü dünya müharibəsinə doğru gedirik”.

Donald Tramp, həmçinin bir daha bəyan edib ki, 2024-cü ildə keçiriləcək prezident seçkilərində qalib gəlsə, Ukraynadakı müharibəyə 24 saat ərzində son qoyacaq. "Hər kəs maraqlanır ki, mən bunu edə bilərəmmi. Təbii ki, bacararam”, - o deyib.

Qeyd edək ki, Donald Tramp ictimai çıxışlarında dəfələrlə 2024-cü ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, Ukraynadakı vəziyyəti bir gündə həll edə biləcəyini bildirib. Lakin sülhə necə nail olacağına dair fikirlərini açıqlamayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru