Rusiya, Çin və İran vizasız səyahət dönəmi başlatdı

3-08-2023, 08:07           
Rusiya, Çin və İran vizasız səyahət dönəmi başlatdı
Rusiya, Çin və İranın aldığı qərar bütün dünyada böyük maraq oyandırıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hər üçün ölkə vətəndaşları arasında vizasız səyahət dönəmi başladıb.

Bu qərarla Rusiya və Çin arasındakı turist sayının 3 qat artırılması gözlənilir.

Bu qərar hökumətlərarası anlaşma çərçivəsində 1 avqustdan etibarən başladılıb.

Hər üçün ölkənin səyahət agentlikləri bu addımla ölkələrarası turist aktivliyinin artacağını hədəfləyir.

Rusiya və İran arasında vizasız yolçuluq gəzintiləri ilə bağlı mart ayında Rusiya İqtisadi İnkişaf Naziri Maksim Reşetnikov açıqlama vermişdi.

1 iyul 2021-ci ildə imzalanan anlaşma ilə iki ölkə vətəndaşları 15 günü keçməmək üzrə 50 nəfərlik qruplar halında turist məqsədli vizasız yolçuluq fürsətinə sahib olublar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru