CAR-da baş verən yanğında ölənlərin sayı 74-ə çatıb 1-09-2023, 09:14 Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərindəki çoxmərtəbəli binada baş verən güclü yanğında ölənlərin sayı yenidən artıb.APA xəbər verir ki, “News24” portalı məlumat yayıb.Qeyd olunub ki, ölənlərin sayı 74-də çatıb.Onlardan 12-si uşaqdır. Hadisə zamanı xəsarət alanların sayı isə 52-ə çatıb.İlkin versiyaya görə yanğının baş verməsinə səbəb elektrik xəttinə qanunsuz qoşulma olub. Facebook-da paylaş