Fransanın paytaxtı Parisdə sentyabrın 1-dən skuterlər qadağan olunacaq.
Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, Paris Bələdiyyəsinin skuter firmalarına sentyabr ayının əvvəlinə qədər vaxt verməsinin ardından şəhərdəki 15 min skuter küçələrdən yığışdırılıb.
Qeyd edək ki, Paris skuterləri qadağan edən ilk Avropa paytaxtı olub.
Skuterlər ilk dəfə 2018-ci ildə Parisdə təqdim edilib. Uzun müddətdir təhlükəsizlik səbəbiylə müzakirə edilən skuterlərdən istifadə ilə bağlı aprel ayında keçirilən referendumda Paris xalqı yüzdə 89,03 səslə elektrikli skuterlərdən istifadənin qadağan edilməsini tələb edib. Paris əhalisinin cəmi 7,5 faizinin iştirak etdiyi referendum nəticəsində elektrik skuterlərindən istifadə qadağan edilib. Referendumda təxminən 103 min 84 nəfər səs verib.