Britaniyalı general: “Ukrayna 2024 və ya 2025-ci ildə Rusiyaya qalib gələ bilər”

4-09-2023, 12:24           
Britaniyalı general:
“Ukrayna Rusiyaya indi olmasa da, 2024 və ya 2025-ci ildə qalib gələ bilər. Cari əks-hücumla çətin ki, Rusiya ordusunu işğal olunmuş ərazilərdən tamamilə çıxarmaq mümkün olsun”.

Bunu istefada olan britaniyalı general Riçard Barrons bildirib.

“Ukraynanın hazırkı əks-hücum əməliyyatı Rusiyanı ərazidən xaric etməyəcək - heç kim bunu gözləmirdi. Həm də çətin ki, qışa qədər işğal zonasını yarıya qədər azaltmaq mümkün olsun. Bu ən optimist məqsədlərdən biri ola bilər”, - o, bəyan edib.

Barrons vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri çox güman ki, Ukraynanın cənubunda rusiyalıların üç müdafiə xəttindən birincisini yarıb. Onun fikrincə, bu, ən çətin hərbi əməliyyatlardan birinə çevrilib.

O, əlavə edib ki, Ukraynada hələ də hava hücumundan müdafiə və minalardan təmizləmə texnikası yoxdur, sursat təchizatı problemi isə yalnız müvəqqəti həll olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru