Xarici pasportlar tarixə qovuşur – Finlandiya rəqamsal pasport layihəsinə başlayıb

5-09-2023, 10:14           
Xarici pasportlar tarixə qovuşur –
Finlandiya rəqamsal pasportdan istifadə edən ilk ölkə kimi tarixi düşüb.

“AzPolitika.info” xəbər verir ki, Helsinkidən Böyük Britaniyaya olan uçuşlar ilk dəfə fiziki passport yoxlanışı olmadan icra edilib.

Belə ki, finlər fiziki pasportları yerinə smartfonlarında rəqəmsal şəxsiyyət sənədini göstərərək səyahət etmək imkanı əldə ediblər.

Məlumata görə, sözügedən yenilik yalnız Helsinki və Böyük Britaniya arasında səyahət edən Finlandiya vətəndaşlarına aiddir. Bu layihənin 2024-cü ilin fevral ayına qədər davam edəcəyi bildirilir.

Bu xidmətdən faydalanmaq istəyən sərnişinlərin barmaq izi və üz tanıma məlumatlarını uçuşdan dörd saat əvvəl smartfonları vasitəsilə Finlandiya Sərhəd Nəzarəti Bölməsinə göndərmələri kifayətdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru