Ermənistanda istefalar paradı gözlənilir – Kimlər postları ilə vidalaşacaq?

5-09-2023, 15:34           
Ermənistanda istefalar paradı gözlənilir – Kimlər postları ilə vidalaşacaq?
Ağsaqqallar Şurasına seçkilərdən sonra Ermənistanın icra orqanında işdən çıxarılma formasında bir sıra dəyişikliklər gözlənilir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşrə görə, yaxın vaxtlarda bir neçə “tabe olmayan” nazirin istefası planlaşdırılır.

“Vətəndaş Müqaviləsi Partiyası daxilində yayılan məlumata görə, iqtisadi və sosial məsələlər naziri Qnel Sanosyan, ədliyyə naziri Qriqor Minasyan və ətraf mühit naziri Hakop Simidyan istefa verəcəklər. Əldə etdiyimiz məlumata görə, hakim siyasi komanda daxilində bir neçə namizədin adı şayiələr səviyyəsində dolaşmaqdadır. Son qərar Ağsaqqallar Şurasına seçkilərdən sonra veriləcək. Hakimiyyətə yaxın mənbələrimizin bildirdiyinə görə, Qnel Sanosyanı Zəngəzur vilayətinin rəisi Robert Qukasyan əvəzləyəcək, Zəngəzur vilayətinin rəisi vəzifəsi bu vəzifə uğrunda uzun müddət qızğın mübarizə aparmış zəngəzurlu deputatı Karen Hambardzumyana keçəcək. Hələlik hakim komandada Hakop Simidyan və Qriqor Minasyanın əvəzedicisi yoxdur, lakin onlar bu məsələni seçkiyə qədər həll edəcəklər. Qnel Sanosyana gəlincə, əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan bələdiyyədə özü və Armen Pambuxçyan üçün yeni, “yağlı” mövqe fikirləşib. Ağsaqqallar Şurasına seçkilərdən sonra şəhər başçısı müavinləri vəzifələrini tutmaları nəzərdə tutulur. Bu, hazırda hakimiyyət daxilində olan əhval-ruhiyyədir və proseslərin bundan sonrakı inkişafın necə bitəcəyini zaman göstərəcək”, - deyə nəşr bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru