Fransa Culian Assanca YOX dedi

6-09-2023, 12:24           
Fransa Culian Assanca YOX dedi
Məhkəmə "WikiLeaks"in qurucusu Culian Assancın 2019-cu ildən bəri saxlandığı Britaniya həbsxanasından Fransaya siyasi sığınacaq üçün müraciət etməsinə icazə verilməsi tələbini rədd edib.

Bu barədə AFP agentliyi Fransanın Creteil kommunası məhkəməsinin qərarına istinadən məlumat yayıb.

Məhkəmə siyasi sığınacaq üçün müraciət etmək üçün Culian Assanc Fransada və ya Avropa İttifaqı ölkələrindən birində olması lazım olduğunu bildirib.

Qeyd edək ki, 2012-ci ilin iyun ayından Culian Assanc Ekvadorun Londondakı səfirliyinin ərazisində yaşayırdı. 2019-cu ilin aprelində Ekvador diplomatik sığınacağı ləğv etdi. Bundan sonra "WikiLeaks"in yaradıcısı Britaniya polisi tərəfindən saxlanılıb












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru