Elitanın Putin planı: Bu tarixədək devriləcək...

6-09-2023, 08:53           
Elitanın Putin planı: Bu tarixədək devriləcək...
Rus elitası başa düşməlidir ki, Putini vəzifədən kənarlaşdırmadan sərvətlərini və mövqelərini qoruyub saxlamaq mümkün deyil.

Axar.az xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 2020-2021-ci illərdə rəhbəri olmuş general-leytenant Valeri Kondratyuk deyib.

“Putin nəinki son rusa, hətta son sentinə qədər mübarizə aparacaq. Ona görə də, elita Putini vəzifədən uzaqlaşdırmaqda, Qərb və Ukrayna ilə sülh danışıqlarına başlamaqda maraqlıdır”, - Kondratyuk bildirib.

Onun fikrincə, Rusiya elitası yaxın 4-5 ay ərzində - gələn ilin martında ölkədə keçiriləcək prezident seçkilərinə qədər öz planını həyata keçirməyə hazırdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru