Bu ölkə seçkilərdən sonra Rusiyanın müttəfiqi ola bilər - ŞOK İDDİA

6-09-2023, 09:04           
Bu ölkə seçkilərdən sonra Rusiyanın müttəfiqi ola bilər - ŞOK İDDİA
"Slovakiya Rusiyanın yeni müttəfiqi ola bilər".

Publika.az xəbər verir ki, bunu "Guardian"ın köşə yazarı Con Kempfner bildirib.

O, belə bir ssenarinin Slovakiyada sentyabrda keçiriləcək parlament seçkilərindən sonra baş verə biləcəyin açıqlayıb.

Rəy sorğularına görə, qarşıdan gələn seçkilər Robert Fikonun qayıdışı demək olacaq.

"Bu adam Moskvanı tərifləyir, həm də Viktor Orbanı təqlid edir. İnanıram ki, tezliklə Avropa İttifaqı və Şimali Atlantika Alyansı daxilində yeni problem yaradan şəxs peyda ola bilər", - Kempfner bildirib.

Onun sözlərinə görə, Fico səsvermədə qalib gələrsə, hazırda Zelenski rejimini dəstəkləyən Slovakiyanın siyasətində 180 dərəcə dönüş təhlükəsi yaranacaq.

"Çox güman ki, Fiko seçkilərdə qalib gəlsə, o zaman Bratislava Moskvanı dəstəkləyəcək", - Kempfner vurğulayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru