Almaniya, İtaliya, İsveç və İspaniya yeni tankın yaradılması haqqında müqavilə imzalayıb

7-09-2023, 00:15           
Almaniya, İtaliya, İsveç və İspaniya yeni tankın yaradılması haqqında müqavilə imzalayıb
Almaniya İtaliya, İspaniya və İsveçlə “Leopard 2” tankının yeni nəslini hazırlamaqla bağlı müqavilələr imzalayıb.

“Report” xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti məlumat yayıb.

Tankın hazırlanmasına “Krauss-Maffei Wegmann” (KMW) və “Rheinmetall” şirkətləri cavabdeh olacaq. Almaniya Müdafiə Nazirliyi müqavilənin imzalanması ilə bağlı məlumatı şərh etməyib.

Qəzetin məlumatına görə, layihədə İsveçin “Saab” və İtaliyanın “Leonardo” şirkətləri də iştirak edəcək. İspaniyanı hansı şirkətin təmsil edəcəyi məlum deyil.

Qeyd etmək lazımdır ki, bu tip müqavlə Fransa və Almaniya arasındakı münasibətlərə təsir edə bilər, çünki bu ölkələr daha əvvəl - 2017-ci ildə analoji sazişə imza atmışdılar. Üstəlik, bu ilin iyulunda hər iki tərəf imzalanmış sazişə “yeni nəfəs” vermək istəklərini bildirmişdilər. Lakin ölkələr tankın xüsusiyyətləri ilə bağlı razılığa gələ bilməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru