Bayden G20 sammitinə səfərini ləğv etməyəcək

7-09-2023, 12:38           
Bayden G20 sammitinə səfərini ləğv etməyəcək
ABŞ Prezidenti Co Bayden həyat yoldaşında koronavirus infeksiyasının aşkarlanmasına baxmayaraq, Yeni Dehlidə keçiriləcək G20 sammitində iştirak edəcək.

Publika.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pier brifinq zamanı deyib.

O, bir jurnalistin sualına cavab olaraq, infeksiyanın dövlət başçısında tapılmadığını qeyd edərək, “O, sabah uçacaq”, - deyib.

Qeyd edək ki, ABŞ-nin birinci xanımı Cil Baydenin COVID-19-a yoluxduğu,onun yüngül simptomlarının olduğu bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru