İspaniya Rusiya qazının ikinci ən böyük istehlakçısına çevrilib

9-09-2023, 00:02           
İspaniya Rusiya qazının ikinci ən böyük istehlakçısına çevrilib
İspaniya Rusiyanın təbii qazından daha çox asılı vəziyyətə düşüb, onun iyuldakı tədarükü keçən illə müqayisədə 65% artıb.

“Report”un “Reuters”ə istinadən verdiyi məlumata görə, bu barədə İspaniyanın Energetika və Ətraf Mühit Nazirliyinin bölməsindən bildiriblər.

Qeyd olunur ki, İspaniya bu ilin iyul ayında ötən ilin analoji dövrü ilə müqayisədə 14% az qaz idxal etsə də, Rusiyadan idxalın iyul göstəricisində kəskin artım (65%) baş verib.

Nəticədə, Rusiya qazının ümumi idxalda payı (İspaniya tamamilə xarici qaza bel bağlayır) iyulda 28%-ə yüksəlib. Halbuki 2022-ci ilin eyni ayında bu göstərici 14,5% idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru