Honkonqda 140 ilin ən güclü leysanından dəhşətli görüntülər - VİDEO
9-09-2023, 13:04
Honqkonqda yağan leysan son 140 ilin ən güclü yağışına çevrilib. Ötən gecə orada 158,1 millimetr yağıntı düşüb ki, bu da 1884-cü ildən bəri rekord göstəricidir.
Sosial şəbəkələrdə bununla bağlı yayılan kadrlarda küçələrin, metro stansiyalarının su altında qaldığı, onlarla maşının seldə sürükləndiyi görünür.
Son məlumatlara görə, təbii fəlakətə görə 100-dən çox insan müxtəlif dərəcəli xəsarət alıb. Ancaq yerli hökumət vəziyyətin daha da pisləşə biləcəyindən narahatdır. Belə ki, Şençjen anbarından suyun səviyyəsinin artması Honqkonqun şimal bölgələrində daşqınlara səbəb ola bilər.