Pakistanın idman jurnalistləri Bakıya gəldilər - FOTO

10-09-2023, 19:44           
Pakistanın idman jurnalistləri Bakıya gəldilər - FOTO
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) ilə Pakistan İdman Jurnalistləri Federasiyası (PSWF) arasında əldə edilən razılığa əsasən, bu ölkənin qabaqcıl media qurumlarından olan bir qrup jurnalist Bakıda səfərdədir.

AİJA-dan Bizim.Media-ya bildirilib ki, qonaqlar bu gün Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın məzarlarını ziyarət ediblər. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin xatirəsi də hörmətlə yad olunub.

Pakistanlı jurnalistlər Şəhidlər Xiyabanında uyuyan qəhrəmanlarımızın məzarlarına da tər çiçəklər düzüblər. Daha sonra Bakı ilə tanışlıq olub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru