Rusiya Koreya yarımadasında yeni böhranın yaxınlaşdığını açıqlayıb
11-09-2023, 07:25
Rusiya Xarici İşlər Nazirliyinin Asiya üzrə Birinci Departamentinin direktoru Georgi Zinovyev KXDR, Cənubi Koreya və ABŞ arasında münasibətlərdə gərginliyin artması fonunda Koreya yarımadasında yeni böhranın yaxınlaşdığını açıqlayıb.
Bu sözləri diplomat Şərq İqtisadi Forumu çərçivəsində deyib
Onun sözlərinə görə, keçən ildən bəri ABŞ, Cənubi Koreya və Yaponiyanın subregionda hərbi aktivliyi artıb.