Çin Talibanın qayıdışından sonra Əfqanıstana ilk səfirini təyin edib

15-09-2023, 08:18           
Çin Talibanın qayıdışından sonra Əfqanıstana ilk səfirini təyin edib
Taliban iki il əvvəl Kabildə hakimiyyəti bərpa etdikdən sonra Çin Əfqanıstana ilk dəfə yeni səfir göndərib.

Çərşənbə günü Talibanın rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi bildirib ki, Baş nazir Məhəmməd Həsən Axund səfir Joa Tsinin etimadnaməsini Əfqanıstanın paytaxtında keçirilən mərasimdə qəbul edib.

Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi də Axundla birlikdə Çin nümayəndəsini prezident iqamətgahında qarşılayıb.

Pekin Jaonın təyinatının Taliban hökumətinin rəsmən tanınındığı demək olduğu barədə heç nə deməyib.

"Bu, Çinin Əfqanıstandakı səfirinin normal rotasiyasıdır. Bu, Çin və Əfqanıstan arasında dialoqu və əməkdaşlığı inkişafın davamıdır. Çinin Əfqanıstanla bağlı siyasəti aydın və ardıcıldır", Çin Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Talibanın 2021-ci ilin avqustunda hakimiyyəti ələ almasından və Amerikanın rəhbərlik etdiyi NATO qüvvələrinin 20 illik müharibədən sonra ölkəni tərk etməsindən sonra heç bir ölkə Talibanı rəsmi olaraq tanımayıb.

Beynəlxalq ictimaiyyət Talibanı Əfqanıstanın qanuni hökuməti kimi qəbul etməzdən əvvəl onu qadınların təhsil və işləmələrinə qoyduğu məhdudiyyətləri yumşaltmağa çağırıb.

Hazırda Kabildə təxminən iyirmi ölkənin səfirlikləri var və onların yüksək rütbəli diplomatları "müvəqqəti işlər vəkili" titulundan istifadə edir. Bu, yerli hökumətə səfir etimadnaməsi verməsini tələb etmir.

Hindistan, İran, Pakistan, Qətər, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Özbəkistan Taliban rejiminin hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstanda diplomatik nümayəndəliklərini saxlayan və ya yenidən açan ölkələr arasındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru