Co Bayden yenə çaşdı, Ağ Ev isə dediklərini ört-basdır etdi

18-09-2023, 13:43           
Co Bayden yenə çaşdı, Ağ Ev isə dediklərini ört-basdır etdi
Ötən gün Prezident Co Bayden Merilend ştatındakı Şahzadə Corcun İctimai Kollecində tələbələrin qarşısında çıxış edərkən gülməli hadisə baş verib.

Hökumətinin iqtisadi uğurlarından danışarkən, o, bilmədən bir çox afroamerikalıların və veteranların təhsil səviyyəsini şübhə altına alıb.

“Biz xüsusən afroamerikalılar, Latın Amerikalı işçilər və veteranlar, orta məktəb diplomu olmayan işçilər arasında rekord dərəcədə aşağı işsizlik səviyyəsi müşahidə edirik. Mən bütün karyeram boyunca buna diqqət yetirmişəm”, - deyə Bayden bildirib.
Lakin bu ifadə dərc edildikdən sonra Ağ Ev prezidentin daha optimist görünməsi üçün stenoqramı dəyişdirərək vəziyyəti yaxşılaşdırmaq qərarına gəlib. İndi rəsmi versiyaya əsasən, “işsizlik xüsusilə afroamerikalı və Latın amerikalı işçilər və veteranlar, orta məktəb diplomu olmayan işçilər arasında azalıb” fikri səsləndirilib.

Mənbə: Daily Mail












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.