Erməni ilə ailə quran azərbaycanlı qız: “Baxın, öyrənin...”

10-07-2016, 10:14           

Rusiyada yaşayan Leyla adlı azərbaycanlı qız erməni oğlanla ailə qurub.

teref.az baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkələrin aktiv istifadəçisi olan Leyla həyat yoldaşının soyadını da götürüb. Üç ildir Artyom Xaçaturyanla evli olan həmyerlimizin bir qız övladı var.

Leyla sosial şəbəkədə paylaşımlarında sülh şəraitində bərabər yaşamağı tez-tez vurğulayır. Erməni və Azərbaycan dilində duet şəkilində ifa olunan mahnının sədaları altında rəqs edən azərbaycanlı və ermənilərin birgə rəqsini paylaşan Leyla bunları yazıb:

"Baxın, öyrənin, dostluq və sülh şəraitində necə yaşayırlar. Bu videonu mənasızcasına milliyətçilik və vətənpərvərlik edənlərin acığına paylaşıram".

Qeyd edək ki, Leylanın atası azərbaycanlı, anası osetindir.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru