Suriyada daha iki rusiyalı pilot öldürüldü

10-07-2016, 10:34           
Suriyada daha iki rusiyalı pilot öldürüldü
Suriyada “Mİ-25” döyüş helikopteri İŞİD terrorçuları tərəfindən vurulub, nəticədə iki rusiyalı pilot həlak olub.

Bu barədə “TASS”a Rusiya Müdafiə Nazirliyindən bildirilib.

“2016-cı ilin iyulun 8-də təlimçi rusiyalı pilotlar Rəfaqət Xabibullin və Yevgeni Dolqin Suriya Hərbi-Hava Qüvvələrinə məxsus “Mi-25” helikopteri ilə (“Mi-24”-ün ixrac variantı) Homs əyalətində uçuş həyata keçiriblər. Bu zaman Palmiranın şərqində İŞİD-in böyük dəstəsi Suriya ordusunun mövqelərinə hücum edərək sürətlə irəliləməyə başlayıb və strateji yüksəklikləri nəzarətə götürməyə çalışıb”, – deyə məlumatda bildirilir.


Məlumatda qeyd olunur ki, terrorçulara qarşı döyüş sursatını istifadə edən helikopter bazaya dönərkən terrorçular tərəfindən vurulub. Helikopter Suriya ordusunun nəzarətində olan ərazidə yerə çırpılıb, ekipaj həlak olub.

(apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru