ABŞ-də “qəbilə miqrasiyası” panikası - VİDEO

22-09-2023, 14:04           
ABŞ-də “qəbilə miqrasiyası” panikası - VİDEO
ABŞ-nin Meksika ilə sərhədini keçərək Texas ştatının İql Pass şəhərinə axışan 4 min miqrant çətin vəziyyətdə qalan şəhəri fövqəladə vəziyyət elan etməyə məcbur edib.

Sərhəd Patrul xidmətinin mənbələrindən verilən məlumata görə, bu miqrantlar son bir həftə ərzində təslim olmuş 7,5 minə yaxın digər miqrantlara qoşulublar. Gələn miqrantların sayı şəhər əhalisinin yarısına yaxındır.

Səlahiyyətlilər 2021-ci ilin sentyabrından, 15 min haitili miqrantın qonşu Texas ştatının Del Rio şəhərindəki körpünün altında düşərgə saldığı vaxtdan bəri ən böyük artım müşahidə olunduğunu bildiriblər. Həmin hadisə böyük humanitar böhrana səbəb olub.
Bələdiyyə sədri Rolando Salinas əsasən Venesueladan olan insan izdihamının sığınacaq axtaranların qəbul edildiyi “Mission Border Hope” sığınacağına hücum etdiyini söyləyib.

Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru