Putin xanım prezidentliyə namizədi şantaj edir

10-07-2016, 20:53           

ABŞ prezidentliyinə namızəd Hillari Klintonla bağlı ilginc iddialar səsləndirilib.

Cebhe.info xəbər verir ki, onun Rusiya prezidenti Vladimir Putinin tilovunda olduğu iddia olunur. Belə bir iddia ilə “Forbes”in təhlilçisi Pol Rodrik Qreqori çıxış edib. O hesab edir ki, Putin prezidentliyə namizədin ələ keçirilən şəxsi elektron hesablarından istifadə edərək onu şantaj edə bilər.

“Russia Today” isə iddia edir ki, Federal Təhqiqatlar Bürosunun əməkdaşları Klintonun 30 min silinmiş məktubunu bərpa edə bilməyib. Qreqori həmin məktubların Rusiya rəhbərliyində ola biləcəyi qənaətindədir. Həmin məktublar vasitəsilə prezident seçkilərinin nəticələrinə təsir, eləcə də Klinton ölkəyə rəhbərlik edəcəyi təqdirdə onu şantaj etmək mümkündür. Hətta məktubların yerinə saxtalarını qoymaqla da Klintondan istifadəni mümkün hesab edirlər. Qeyd edək ki, 2009-2013-cü illərdə dövlət katibi postunu tutduğu zaman Hillari Klinton öz şəxsi elektron poçtundan istifadə edib. Bu isə onun barəsində araşdırma aparılmasına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru