Marsda Morze əlifbasında “ismarıc” tapıldı — FOTO

13-07-2016, 09:49           

Planetoloq Veronika Brey görüntüdə olan yazını deşifrə edib.

NASA mütəxəssisləri Mars qumlarında Morze əlifbasını xatırladan dünlər aşkarlayıblar.

Bu barədə məlumat HiRISE apparatının rəsmi saytında yerləşdirilib.

Foto Mars Reconnaissance Orbiter planetlərarası avtomatik stansiyasında yerləşdirilən kamera vasitəsi ilə çəkilib.

Gizmodo portalının məlumatına əsasən, planetoloq Veronika Brey görüntüdə olan yazını deşifrə edib: “NEE NED ZB 6TNN DEIDEDH SIEFI EBEEE SSIEI ESEE SEEE!!”.

Qeyd edək ki, Mars planetinin səthində Morze əlifbasında istifadə olununan nöqtə və tire işarələri əvvəllərdə tapılmışdı. (oxu.az)

Ölkə.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.