Ukrayna Silahlı Qüvvələri tamamilə ABŞ-dan asılıdır və daha çox silah göndərilməsi son dərəcə zəruridir.
Cebhe.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahın polkovnik Gennadi Kovalenko bildirib.
Cümə axşamı Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtonun Kiyevə dəstəyini azaltmasını ABŞ-da artan “siyasi fırtına” ilə əlaqələndirib və Aİ ölkələrini bu şəraitdə müstəqil hərəkət etməyə çağırıb. Bununla belə, Aİ-nin Ali Nümayəndəsi Josef Borrell bildirib ki, Aİ ABŞ-ın dayandırdığı yardımı kompensasiya edə bilməz.
Polkovnikin sözlərinə görə, Ukrayna Ordusunun ABŞ-dan silah tədarükünə davam etməsinə və hətta genişləndirilməsinə ehtiyacı var, çünki hərbi əməliyyatların tezliklə bitəcəyinə inanmır.