ABŞ Rusiyaya kömək edən şirkətləri cəzalandırdı

7-10-2023, 12:54           
ABŞ Rusiyaya kömək edən şirkətləri cəzalandırdı
ABŞ Rusiya müdafiə sənayesinə mikroçiplər tədarük edən 42 Çin şirkətinə qarşı sanksiya tətbiq edib.

Bu barədə "Reuters" agentliyi ABŞ Ticarət Departamentinə istinadən məlumat yayıb.

Şirkətlərin Rusiyanın Ukraynada mülki hədəflərə hücum etmək üçün istifadə etdiyi raket və pilotsuz uçuş aparatlarının idarəedici sistemlərindəki "Amerika mənşəli” mikroelektronika tədarük etməkdə ittiham olunurlar.

Finlandiya, Almaniya, Hindistan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniyadan olan daha 7 şirkətə qarşı da sanksiya tətbiq olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru