Prezidentliyə namizədi öldürən şəxslərin həbsxanada meyitləri tapıldı

7-10-2023, 13:48           
Prezidentliyə namizədi öldürən şəxslərin həbsxanada meyitləri tapıldı
Ekvadorda prezidentliyə namizəd Fernando Villavicencionun qətlində əli olduğu üçün saxlanılan 6 nəfər həbsxanada ölü tapılıb.

"Unikal" xəbər verir ki, Milli Həbsxanalar Agentliyi (SNAI) məlumat yayıb.

Bildirilir ki ölü tapılan insanların üzərində heç bir işgəncə izi və ya mübarizə nəticəsində yaranan yara yoxdur. Hadisədən xəbər tutan prezident Gilyermo Lasso təhlükəsizlik kabinetini toplayıb.

"Korrupsiyaya qarşı mövqeyi" ilə tanınan prezidentliyə namizəd Fernando Villavicencio avqustun 9-da paytaxt Kitoda avtomobilinə minərkən başına üç dəfə atəş açan hücumçu tərəfindən öldürülüb.Sui-qəsddən sonra cinayət təşkilatlarına qarşı əməliyyat keçirən təhlükəsizlik qüvvələri hadisə ilə əlaqəsi olduğu ehtimal edilən 7-si Kolumbiyalı olmaqla 13 nəfəri saxlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru