NATO və İran HƏMAS-la İsrail arasında son silahlı toqquşmaya münasibət bildirib

7-10-2023, 16:14           
NATO və İran HƏMAS-la İsrail arasında son silahlı toqquşmaya münasibət bildirib
NATO və İran rəsmiləri HƏMAS-la İsrail arasında baş verən silahlı toqquşmaya münasibət bildiriblər.

“Report” xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

Alyans Baş katibinin müavini Mirça Coane deyib: "Bu gün mən israilli dostlarımızla birlikdə insan itkisinə görə məyusam. Dəhşətli hücumlar qarşısında İsraillə tam həmrəyəm”.

O, bir neçə həftə əvvəl İsraildə olduğunu və NATO ilə bu ölkə arasında əməkdaşlığın yeni səviyyəsini müzakirə etdiklərini söyləyib.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi isə vurğulayıb ki, Tehran HƏMAS-ı dəstəkləyir və bu əməliyyata görə ona təşəkkür edir: “Biz Qüdsün azadlığı uğrunda fələstinli mübarizlərlə çiyin-çiyinə dayanacağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru