Prezident İshak Hersoq İsrailə hücumda İranı da ittiham etdi - FOTO
7-10-2023, 21:22

İsrail Prezidenti İshak Hersoq dünya ictimaiyyətini yəhudi dövlətinə qarşı hücumlara görə məsuliyyət daşıyan HƏMAS terror təşkilatını mühakimə etməyə çağırıb.
İshak Hersoq bununla bağlı öz “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Bu gün biz HƏMAS-ın - məqsədi günahsız insanları, kişiləri, qadınları və uşaqları soyuqqanlılıqla qətlə yetirmək olan terror təşkilatının əsl simasını gördük”, - İshak Hersoq paylaşımda bildirib.
İsrail prezidenti həmçinin İranı da baş verən hadisələrdə və HƏMASA tərəfdaşlıq etməkdə ittiham edib.
“İsrail hakimiyyəti vətəndaşlarımıza qarşı bu açıq və mövcud təhlükəni aradan qaldırmaq üçün bütün lazımi tədbirləri görəcək. İsrail bütün çətinliklərin öhdəsindən gələcək. Artıq dünyanın İsrailin yanında olmasının və HƏMAS-ı, onun müttəfiqlərini və İrandakı tərəfdarlarını açıq və birmənalı şəkildə mühakimə etməsinin vaxtı çatıb", - deyə o əlavə edib.
I call upon the family of nations - this war waged against us marks a line in the sand. Now is the time to hear clear, unequivocal condemnation of Hamas, its allies, and its backers in Iran.
— יצחק הרצוג Isaac Herzog (@Isaac_Herzog) October 7, 2023
Em nome do Estado de Israel, parabenizo @LulaOficial por sua vitória. Recordamos com carinho sua visita a Israel durante seu mandato anterior. Esperamos aprofundar nossos excelentes laços com Brasíl e, principalmente, cooperar em um assunto que tanto nos preocupa: o meio ambiente
— יצחק הרצוג Isaac Herzog (@Isaac_Herzog) October 31, 2022
The State of Israel will take all measures necessary to eliminate this clear and immediate danger to our citizens. Israel will overcome in the face of all challenges.
— יצחק הרצוג Isaac Herzog (@Isaac_Herzog) October 7, 2023