Suriya HƏMAS-ı dəstəklədi

8-10-2023, 00:07           
Suriya HƏMAS-ı dəstəklədi
Suriyanın Xarici İşlər Nazirliyi HƏMAS hərəkatının İsrailə hücumlarını dəstəkləyib.

Bu barədə Suriya dövlət agentliyi SANA məlumat yayıb

“Suriya Fələstin xalqına və sionist terrorizmlə mübarizə aparan qüvvələrinə dəstəyini bir daha təsdiqləyir və Fələstinin arzu olunan qələbəyə yaxın olduğunu vurğulayır”, - bəyanatda deyilir.

Xatırladaq ki, bundan əvvəl İran da HƏMAS-a dəstək ifadə edib.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS İsrailə raket zərbələri endirməyə başlayıb, 5 min raketin atıldığı bildirilir. HƏMAS yaraqlıları İsrailin məskunlaşdığı ərazilərə daxil olaraq insanları girov götürüblər. Toqquşmalar nəticəsində yüzlərlə şəxs ölüb və yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru