Barselonada 50 min insan separatçıların mümkün əfvinə etiraz etdi: “Kataloniya İspaniyadır!”

9-10-2023, 14:34           
Barselonada 50 min insan separatçıların mümkün əfvinə etiraz etdi:
Barselonanın mərkəzində Kataloniya separatçı siyasətçilərinə mümkün amnistiyaya qarşı çoxminlik etiraz aksiyası keçirilib.

Şəhərin hüquq-mühafizə orqanlarının məlumatına görə, mitinqə 50 minə yaxın insan qatılıb.

Nümayişin təşkilatçısı İspaniyanın Kataloniya Vətəndaş Cəmiyyəti assosiasiyası olub. Təşkilatdan nümayişdə 300 min insanın iştirak etdiyi bildirilib.
“Kataloniya 500 ildən artıqdır ki, İspaniyadır,” - nümayişin təşkilatçıları qeyd ediblər.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru