ABŞ-nin İsrailə hərbi yardımı yoldadır

10-10-2023, 12:24           
ABŞ-nin İsrailə hərbi yardımı yoldadır
ABŞ İsrailə hərbi yardım göndərməyə başlayıb və yaxın günlərdə əlavə vəsaitlərin ayrılacağını elan edəcək.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi açıqlayıb.

Onun sözlərinə görə, əlavə təhlükəsizlik sistemlərinin ilk partiyası artıq İsrail istiqamətində yoldadır: “Yaxın günlərdə yeni yardımı elan edəcəyik”.

Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin açıqlamasına görə, nazir Lloyd Austin HƏMAS qruplaşmasının başlatdığı hücumlarda İsrailə kömək etməyə hazır olmaq üçün Şərqi Aralıq dənizinə təyyarədaşıyan donanma göndərməklə bağlı əmr verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru