Polşada ordu komandanlığı dəyişdi

11-10-2023, 14:08           
Polşada ordu komandanlığı dəyişdi
Polşa prezidenti Anjey Duda ölkə ordusunun Baş Qərargah rəisi general Raymund Anjeyçakın və respublika silahlı qüvvələrinin əməliyyat komandanı general Tomaş Piotrovskinin istefasını qəbul edərək yeni hərbi rəhbərliyi təsdiqləyib.

Bu barədə jurnalistlərə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Sievera məlumat verib.

Günün ikinci yarısında Prezident sarayında yeni hərbi rəhbərlərin təyin edilməsi mərasimi olub. General Veslav Kukula Baş Qərargahın rəisi, Maçey Kliş isə əməliyyat komandiri təyin edilib.
Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru