Belçika 2025-ci ilə qədər Ukraynaya F-16 qırıcıları göndərəcək

11-10-2023, 18:00           
Belçika 2025-ci ilə qədər Ukraynaya F-16 qırıcıları göndərəcək
Belçika hökuməti 2025-ci ilə qədər istismardan çıxarılan F-16 təyyarələrini Kiyevə göndərmək qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Ludivine Dedonder bildirib.

“Belçika hökuməti 2025-ci ilə qədər Ukraynaya F-16 təyyarələri tədarük etmək qərarına gəlib”, – nazir deyib.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə səfərdədir.

O, Belçikanın yüksək rütbəli rəsmiləri ilə görüşərək ikitərəfli əməkdaşlıq və Belçikanın Avropa İttifaqı Şurasına gələcək sədrliyi ilə bağlı müzakirələr aparacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru