Misirdən atəşkəs təklifi

12-10-2023, 00:05           
Misirdən atəşkəs təklifi
Misir Qəzza zolağına humanitar yardım çatdırmaq üçün müvəqqəti atəşkəs tətbiq etmək təşəbbüsü ilə çıxış edib.
Qahirə altı saatlıq humanitar fasilə elan etməyi təklif edir. Bildirilir ki, Misir ABŞ ilə Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağına yardım çatdırmaq planlarını müzakirə edir.
Qeyd olunur ki, Misirin humanitar təşkilatları İsrailin atəş təhlükəsi səbəbindən Rəfahda keçidin dayandırılması ucbatından hazırda Qəzza zolağına humanitar yardım göndərə bilmir. Xüsusilə Misir Qızıl Aypara Cəmiyyəti fələstinlilər üçün tibbi ləvazimat, dərman və ərzaq da daxil olmaqla, təcili yardım karvanı hazırlayıb, lakin hələlik onu çatdırmaq mümkün deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru