ABŞ Nümayəndələr Palatasında Respublikaçılar Stiv Skalizi spikerlyə namizəd seçdilər

12-10-2023, 08:14           
ABŞ Nümayəndələr Palatasında Respublikaçılar Stiv Skalizi spikerlyə namizəd seçdilər
ABŞ Nümayəndələr Palatasında partiyadaxili səsvermədə Respublikaçılar çoxluq lideri Stiv Skalizi spikerliyə namizəd seçiblər. Səsvermə iki saat bağlı qapılar arxasında keçirilən məşvərətin ardınca baş tutub.

Gizli səsvermədə Skaliz 113 səs toplayıb. Palatanın Ədliyyə Komitəsinin sədri Cim Cordan isə 99 səs qazanıb.

Səsvermə sabiq spiker Kevin Makkarti misli görünməmiş gedişatla spikerlikdən uzaqlaşdırıldıqdan sonraya təsadüf edir.

3 oktaybrda səkkiz Respublikaçı Demokratlara qoşularaq onu vəzifədən uzaqlaşdırmasına müyəssər olmuşdu.

ABŞ tarixində ilk dəfə idi Nümayəndələr Palatasının spikeri səsvermə yolu ilə vəzifədən kənarlaşdırılmışdı.

Skaliz spiker seçilmək üçün hələ ki, kifayət qədər dəstəyə malik deyil və onunla Cim Cordan arasında rəqabətin necə nəticələnəcəyi sual olaraq qalır.

Spiker olmaq üçün Skalizdən Nümayəndələr Palatasındakı ümumi səsvermədə 217 səs toplamaq tələb olunur.
amerikanın sesi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru