Şolts üçün bədbin proqnoz: 2025-ci ildə...
12-10-2023, 14:24

Almaniyada hakim koalisiyanın reytinqinin aşağı düşməsi və sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının yüksəlişi kansler Olaf Şolts və onun müttəfiqlərinin 2025-ci il seçkilərində yeni məğlubiyyəti deməkdir.
Publika.az xəbər verir ki, bunu Telegram kanalında Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov deyib.
Senatorun qeyd etdiyi kimi, hakim partiyaların reytinqlərinin aşağı düşməsi və xüsusilə AfD-nin yüksəlişi alman seçiciləri arasında Şolts və onun siyasətindən narazılığın artdığını göstərir.
“Trend sabitdir. Bu o deməkdir ki, hazırkı hakim koalisiyanın 2025-ci il seçkilərində məğlub olma ehtimalı yüksəkdir”, Puşkov yazıb.
Oktyabrın 9-da “Spiegel” jurnalı Hessen və Bavariyada keçirilən regional seçkilərin kansler Olaf Şoltsun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyasının (SPD) ən böyük məğlubiyyəti ilə başa çatdığını və alınan səslərin sayına görə antirekordun qeydə alındığını yazıb. Hər iki federal ştatda Xristian Demokrat İttifaqı (CDU) və Xristian Sosial İttifaqından (CSU) mühafizəkarlar qalib gəlib.