`Allah Əkbər` deyib 15 nəfəri baltaladı - VİDEO

19-07-2016, 11:38           
`Allah Əkbər` deyib 15 nəfəri baltaladı - VİDEO
Almaniyada əlində balta olan şəxs qatarda sərnişinlərə hücum edib.

AzVision.az `Sky News`-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Vürzburq şəhəri yaxınlığında (Bavariya federal torpağı) baş verib.

Məlumata əsasən hadisə nəticəsində baltalı şəxs 10-15 nəfərə xəsarət yetirib.

Sərnişinlərdən biri qatarı dayandırmaq üçün stop-kran düyməsini basıb. Polis hadisə yerindən qaçmağa çalışan cinayətkarı güllələyib.

Bavariya Federal torpağının daxili işlər naziri Yoahim Herrmanın sözlərinə görə, sərnişinlərə hücum edən şəxs Əfqanıstandan olan 17 yaşlı qaçqın olub.

Hadisə şahidlərinin sözlərinə görə, əfqan qaçqın sərnişinlərə hücum etməmişdən əvvəl “Allahu Əkbər” deyə qışqırıb.
[media=https://www.youtube.com/watch?v=TE6X09Hctdw]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.